Bank Of Baku

Astarada yol qəzası nəticəsində 5 kəndin qaz təchizatı dayandırılıb

Astarada yol qəzası nəticəsində 5 kəndin qaz təchizatı dayandırılıb
# 22 noyabr 2026 11:05 (UTC +04:00)

Astara rayonunda yol-nəqliyyat hadisəsi nəticəsində qaz xətti zədələnib, 5 kəndin qaz təchizatında fasilə yaranıb.

APA-nın cənub bürosunun məlumatına görə, hadisə səhər saatlarında rayonun Ərçivan qəsəbəsi ərazisində qeydə alınıb.

Yol-nəqliyyat hadisəsi zamanı qəsəbədən keçən qaz xətti zədələnib. Nəticədə Şuvi, Sərək, Vəzməş, Siyətük və Şuvaş kəndlərinin qaz təchizatı müvəqqəti dayandırılıb.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR