Bank Of Baku

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb

Azərbaycanda sabaha olan hava proqnozu açıqlanıb
# 28 iyul 2018 10:14 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda sabaha gözlənilən hava proqnozunu açıqlayıb.

 

ETSN-dən APA-ya verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, yağmursuz olacaq.

 

Şimal-şərq küləyi əsəcək. 

 

 

Havanın temperaturu gecə  23-26°, gündüz  31-35° isti olacaq. Bakıda  gecə  24-26°, gündüz  33-35° isti olacağı gözlənilir.

 

Atmosfer  təzyiqi  normadan aşağı 755  mm civə sütunu təşkil edəcək.

 

Nisbi rütubət  gecə 60-70 %, gündüz  35-40 % olacaq.

 

Abşeronun şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuqulba) şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  27-28° isti təşkil edəcək.

Cənub çimərliklərində: (Türkan, Hövsan, Sahil, Şıx) Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu  28-29° isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında yağmursuz. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25°, gündüz  35-40° isti, dağlarda gecə 14-19°, gündüz  23-28° isti təşkil edəcək.

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR