Opera və Balet Teatrında xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək

Opera və Balet Teatrında xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək
# 13 yanvar 2014 08:53 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Yanvarın 29-da Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində xalq artisti Şəfiqə Axundovanın “Gəlin qayası” operası nümayiş etdiriləcək.

Teatrın mətbuat katibi Şükufə Ağamirzəyevanın APA-ya verdiyi məlumata görə, operanın təqdimatı Ş.Axundovanın anadan olmasının 90 illiyinə həsr ediləcək. Əsas rollarda xalq artistləri Mənsum İbrahimov (Camal) və Nəzakət Teymurova (Gülbahar) çıxış edəcəklər. Səhnə əsərinin dirijoru Əyyub Quliyevdir.

Qeyd edək ki, Ş.Axundova “Gəlin qayası” operasını 1972-ci ildə yazıçı Süleyman Rəhimovun eyniadlı povesti əsasında İsgəndər Coşqunun librettosu üzrə yazıb. Operanın premyerası 1974-cü ildə baş tutub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR