Rusiya Moldovadan çaxır idxalına qadağa qoyub

Rusiya Moldovadan çaxır idxalına qadağa qoyub
# 10 sentyabr 2013 19:59 (UTC +04:00)

APA-nın “BBC”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiyanın İstehlak bazarına Nəzarət İdarəsinin (Rospotrebnadzor) rəhbəri Gennadi Onişenko bəyan edib.

“Biz Moldovada istehsal olunan bütün çaxır məhsullarının ölkəyə idxalının dayandırılmasına dair qərar verdik”, deyə o bildirib.

Gennadi Onişenkonun sözlərinə görə, qadağa Moldova problemin sistemli şəkildə həllinə yönəlmiş konkret addımlar atanadək qüvvədə qalacaq.

“Biz Moldova iqtisadiyyatı üçün dayə rolunu oynamaq niyyətində deyilik”, deyə Onişenko vurğulayıb.

İstehlak bazarına Nəzarət İdarəsinin rəhbərinin sözlərinə görə, rəhbəri olduğu qurum Moldova çaxırının tərkibində təhlükəli qatqılar aşkarlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR