Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə yeni memorandum imzalanıb

Azərbaycanda Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü üzrə yeni memorandum imzalanıb
# 10 iyun 2014 14:05 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mineral Ehtiyatların Hasilatı ilə Məşğul olan Sənaye Sahələrində Şəffaflıq Təşəbbüsü (MHŞT) üzrə Çoxtərəfli Qrupun (ÇQ) iclası keçirilib.

Fonddan “APA-Economics”ə verilən məlumata görə, iclas zamanı tərəflər – MHŞT üzrə Komissiya, ölkədə hasilat sənayesində fəaliyyət göstərən xarici və yerli şirkətlər, “Mədən Sənayesində Şəffaflığın Artırılması” QHT Koalisiyası arasında yeni “Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün Azərbaycan Respublikasında tətbiqinə dair qarşılıqlı anlaşma haqqında” Memorandum imzalanıb.

Memorandumun imzalanması ilə ölkədə MHŞT Standartına uyğun yeni hesabatlılıq mərhələsinə (2013-cü il üzrə) start verilib. İclasda eyni zamanda MHŞT hesabatlarını tutuşduracaq auditorun fəaliyyətini əks etdirən Şərtlər Toplusunun MHŞT Standartına uyğunlaşdırılması, MHŞT-nin tətbiqinə dair hüquqi bazanın yaradılması ilə bağlı məsələlər müzakirə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR