Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 50 mindən çox abituriyent sənəd verib

Ali məktəblərə qəbul imtahanlarında iştirak etmək üçün 50 mindən çox abituriyent sənəd verib
# 21 aprel 2014 07:57 (UTC +04:00)

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) APA-ya verilən xəbərə görə, aprelin 1-dən başlayan bu prosesdə indiyədək 58457 nəfər sənəd verib. Sənəd verərək ərizəsini təsdiqlədən abituriyentlərin 52023-ü Azərbaycan, 6434-ü isə rus bölməsi üzrə sənədlərini təqdim edib. Abituriyentlərin 20416-sı I, 14291-i II, 16617-si III, 7133-ü IV ixtisas qrupu üzrə keçiriləcək müsabiqədə iştirak üçün ərizəsini təsdiqləyib.

Qeyd edək ki, qəbul imtahanlarında iştirak etmək istəyən abituriyentlər aprelin 1-dən 30-dək TQDK-nın internet saytına daxil olaraq şəxsiyyəti təsdiq edən sənəddən və komissiyanın virtual ödəmə kartından istifadə etməklə “Abituriyentin elektron ərizəsi”ni doldurmalıdırlar. Abituriyentlər ödəmə kartını internet ödəmə xidmətləri və ya bütün mobil operatorlardan 7725 nömrəsinə boş SMS göndərməklə əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR