Azərbaycan Milli Aviasiya Akademiyası Moskva Mülki Aviasiyasının Dövlət Texniki Universiteti ilə müqavilə imzalayıb

Azərbaycan Milli Aviasiya Akademiyası Moskva Mülki Aviasiyasının Dövlət Texniki Universiteti ilə müqavilə imzalayıb
# 09 yanvar 2014 15:54 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. "Azərbaycan Hava Yolları" QSC-nin Milli Aviasiya Akademiyası Moskva Mülki Aviasiya Dövlət Texniki Universiteti ilə təhsil və elmi-praktiki fəaliyyət sahəsində səmərəli və qarşılıqlı əməkdaşlığın yaradılması və inkişaf etdirilməsinə dair müqavilə imzalayıb.

APA-Economics”in xəbərinə görə, müqaviləni ali təhsil müəssisələrinin rektorları Arif Paşayev və Boris Yeliseyev imzalayıb.

Müqavilənin əsas məqsədi iqtisadi və mühəndislik profilli ali təhsilli mütəxəssislərin yüksək peşəkarlıq səviyyəsində hazırlanmasıdır. Əməkdaşlığın istiqamətlərinin istənilən birinin reallaşdırılması üçün tərəflər mövcud olan imkanlarını, elmi-metodoloji və elmi-tədqiqat işlərini, verilənlərin informasiya məlumatlarını, proqram vasitələri və digər alətlərdən istifadə etmək niyyətindədirlər.

Tərəflər peşəkar hazırlıq, təkmilləşdirmə və kadrların ixtisaslarının artırılması, təcrübə mübadiləsi, birgə tədqiqatların aparılması və birgə elmi işlərin buraxılması üçün yardım göstərilməsi məsələlərinə dair əməkdaşlıq etməyi də planlaşdırırlar.

Planlara həmçinin beynəlxalq təhsil proqramlarının hazırlanması və reallaşdırılması və elmi araşdırmalar, beynəlxalq tədbirlərin təşkili və keçirilməsi, hər iki ali təhsil müəssisəsinin müəllim və tələbə heyətinin beynəlxalq konfranslar, simpozium, seminar və digər tədbirlərdə iştirakları da daxildir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR