Azərbaycan səfiri Panama xarici işlər naziri ilə görüşüb - FOTO

Azərbaycan səfiri Panama xarici işlər naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 13 avqust 2013 07:02 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın Meksikada və eyni zamanda Panamadakı səfiri İlqar Muxtarov Panama xarici işlər naziri Fernando Nunyez Fabreqa ilə görüşüb. Səfirlikdən APA-ya verilən məlumata görə, İ. Muxtarov Azərbaycanın Latın Amerikası ölkələri ilə münasibətlərindən söz açaraq Panama ilə dostluq əlaqələrinin yaradılmasında və əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını deyib. Diplomat ölkənin yaxın siyasi tarixi, Azərbaycanın regionda lider mövqeyi və Dağlıq Qarabağ münaqişəsi barədə nazir Fernando Nunyez Fabreqaya ətraflı bilgilər verib. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasətindən danışan səfir münaqişənin tarixi və nəticələri, Xocalı soyqırımı haqqında da Panama xarici işlər nazirini məlumatlandırıb.

F. N. Fabreqa isə Azərbaycanın Panamada diplomatik nümayəndəliyinin açılmasında maraqlı olduqlarını bildirərək, bunun Panama-Azərbaycan əlaqələrinin yaxınlaşmasına xidmət edəcəyini söyləyib.

Görüşün sonunda səfir naziri Azərbaycana səfərə dəvət edib.

İ. Muxtarov Panama parlamentində də müxtəlif görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR