Azərbaycanın sürüşmə ərazilərində monitorinqlər aparılır

Azərbaycanın sürüşmə ərazilərində monitorinqlər aparılır
# 29 yanvar 2014 09:34 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Azərbaycanın sürüşmə ərazilərində monitorinqlər aparılır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının ekzogen geoloji proseslərin öyrənilməsi partiyasının rəisi Sadiq Əmiraslanov APA-ya açıqlamasında deyib ki, ötən həftənin əvvəllərindən rayonlarda, əsas aktiv sürüşmə ərazilərində monitorinqlərə başlanılıb.

Onun sözlərinə görə, gələn həftəyə monitorinqlər yekunlaşacaq və ümumrespublika üzrə nəticələr ümumiləşdirilərək ictimaiyyətə açıqlanacaq: “Hələlik sürüşmə zonalarında aktivləşmə qeydə alınmır və mövcud ərazilərdə vəziyyət stabildir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR