Azərbaycanda bu il 528 narkotik istifadəçisi məcburi müalicəyə cəlb olunub

Azərbaycanda bu il 528 narkotik istifadəçisi məcburi müalicəyə cəlb olunub
# 21 iyun 2014 11:54 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Bu il Azərbaycanda tibbi yoxlamadan keçmiş və məcburi müalicəyə ehtiyacı olan narkotik vasitə istifadəçilərinin sayı açıqlanıb.

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupundan APA-ya verilən məlumata görə, bu ilin 5 ayı ərzində Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinə göndərilmiş şəxslərin məhkəmə-narkoloji tibbi yoxlanılması təmin olunub, 990 nəfər yoxlamadan keçib.

Onlardan 528 nəfərinin məcburi müalicəyə ehtiyacı olduğu müəyyən edilib.

Qeyd edək ki, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31 mart 2013-cü il tarixə olan məlumatına əsasən, Mərkəzdə 28 min 376 (2012-ci ildə 27.910) nəfər qeydiyyatda olub. Onlardan 22 min 533 nəfəri dispanser, 5 min 843 nəfəri profilaktik qeydiyyatda olanlardır. Onlardan 539 nəfəri qadın, 130 nəfəri toksikoman, 20 min 4 nəfəri (393 nəfər qadın) inyeksion narkotik istifadəçiləridir. 2013-cü ildə 1509 nəfər yeni qeydiyyata götürülüb, 1049 nəfər isə qeydiyyatdan çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR