Mingəçevirdə mağazadan xeyli miqdarda pul və telefon danışıq kartları oğurlanıb

Mingəçevirdə mağazadan xeyli miqdarda pul və telefon danışıq kartları oğurlanıb
# 24 sentyabr 2013 08:38 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov - APA. Mingəçevir şəhərində oğurluq hadisəsi baş verib. Şəhər Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə şəhərin Mehdi Hüseyn küçəsindəki 9 saylı yaşayış binasının birinci mərtəbəsində yerləşən ərzaq mağazasında qeydə alınıb. Gecə saatlarında mağazanın nəfəsliyindən içəri daxil olan oğru oradan 3 min manata yaxın pul və telefon danışıq kartları oğurlayıb. Mağaza sahibi Leyla Sədrəzənova dərhal şəhər Polis Şöbəsinə məlumat verib. Hazırda oğurluq edən şəxsin axtarışı davam etdirilir. Faktla bağlı şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR