ATƏT-in Bakı ofisi Azərbaycanın gənc siyasətçiləri üçün təlim təşkil edib

ATƏT-in Bakı ofisi Azərbaycanın gənc siyasətçiləri üçün təlim təşkil edib
# 13 may 2013 13:00 (UTC +04:00)

Bakı. Viktoriya Dementyeva – APA. ATƏT-in Bakı ofisi Azərbaycanın gənc siyasətçilərinə kommunikativ vərdişlər üzrə təlim keçib. APA-nın ATƏT-in saytına istinadən verdiyi məlumata görə, mayın 10-dan 12-nə qədər Bakıda keçirilən təlimdə siyasi partiyaların 20-yə yaxın gənc nümayəndəsi iştirak edib.

ATƏT-in Bakı ofisinin demokratikləşmə şöbəsinin rəhbəri Nikolas Deyç (Nicholas Detsch) bildirib ki, seminar gənclərə təkcə yeni vərdişlər qazandırmayacaq, həm də müxtəlif siyasi perspektivlərə sahib insanlar arasında dialoq imkanı yaradacaq: “Biz hesab edirik ki, Azərbaycandakı gənc siyasətçilər üçün ən vacib amil siyasi fikri ayrılıqları üzərində körpü qurmaqdır”.

Qeyd edək ki, seminar ATƏT-in Bakı ofisi tərəfindən mart ayında gənc siyasətçilər üçün keçirilən təlimin davamıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR