“DəmirBank” daha bir pul köçürmə xidmətini təqdim edib

“DəmirBank” daha bir pul köçürmə xidmətini təqdim edib
# 02 iyun 2014 08:02 (UTC +04:00)

Bakı. Pərviz Nuriyev - APA-Economics. “DəmirBank” “Forsaj” sistemi ilə pul köçürmələri təqdim edərək əhaliyə göstərilən xidmətlər çeşidini genişləndirib.


Bankdan “APA-Economics”ə verilən məlumata görə, “Forsaj” sistemi ilə müştərilər Rusiya rublu ilə pul vəsaiti göndərə və ala bilərlər.

Respublikadan kənar köçürmələrdə 1,99% komissiya tətbiq olunur. Göndərilən vəsaiti bir neçə dəqiqə sonra Rusiyanın istənilən ərazisində olan məntəqələrdən almaq mümkündür.


Qeyd edək ki, pul köçürmə xidmətlərini DəmirBank-ın 33 filialında həyata keçirmək mümkündür. Bank “Western Union”, “Contact”, “Coinstar”, “Blizko”, “Forsaj”, “PrivatMoney”, UPT, “Lider” və “Monex” sistemləri ilə beynəlxalq köçürmələr həyata keçirir. Bank özünün “Şimşək” sistemi ilə əhaliyə ölkədaxili köçürmə xidmətləri də göstərir.


Həmçinin, “DəmirBank”ın filiallarında pul köçürmə sistemləri ilə pul göndərən və ya alan müştərilərə mobil danışıq kartları hədiyyə edilir. Ən azı 500 AZN / USD / EUR və ya 15000 RUR məbləğində pul köçürənə və ya alana 1 manatlıq, ən azı 2000 AZN / USD / EUR və ya 60000 RUR olduqda isə 2 manatlıq mobil danışıq dəqiqələri hədiyyə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR