Həsən Ruhani: “İran xam neftinin satışını addım-addım və mərhələli şəkildə azaltmalıdır”

Həsən Ruhani: “İran xam neftinin satışını addım-addım və mərhələli şəkildə azaltmalıdır”
# 17 yanvar 2014 14:15 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “Qonşu və bölgə ölkələri ilə əlaqələrin inkişaf etdirilməsi İran hökumətinin əsas prioritetlərindəndir”. APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhani bildirib.

Onun sözlərinə görə, İran hökuməti bölgə və qonşu ölkələrlə əlaqələri inkişaf etdirmək qərarlıdır: “Əgər bəzi ölkələrlə əlaqələrin inkişaf etdirilməsi qarşısında maneələr varsa, onlar da aradan qaldırılmalıdır”.

H.Ruhani həmçinin hər cür etnik və cinsi ayrı-seçkiliyə də qarşı olduqlarını söyləyib: “Ölkə vətəndaşları bərabər haqlara sahibdirlər”.

Eyni zamanda İran prezidenti deyib ki, neft istehsalının həcminin artırılması hökumətin əsas prioritetini təşkil edir: “Neft və qaz yataqlarında dərhal istehsal səviyyəsi sürətləndirilməlidir və bu istiqamətdə İran hökuməti Neft Nazirliyinin addımlarını bütün gücü ilə dəstəkləyir. Bundan əlavə, neft sənayesi sahəsində ən müasir və güclü texnologiyalardan istifadə edilməli və qiymətlər minimum həddə olmalıdır. Hökumət də bu istiqamətdə ən yaxşı, ən keyfiyyətli və ən ucuz xidməti təqdim edən istər yerli, istərsə də xarici şirkətlərlə əməkdaşlığa hazırdır. İran xam neft ixracını azaltmalıdır və ölkənin ali dini lideri də bunda israrlıdır. İran xam neftin satışını addım-addım və mərhələli şəkildə azaltmalıdır”.

H.Ruhani vurğulayıb ki, hazırda siyasi və beynəlxalq atmosfer də yaxşılaşmaqdadır: “Cenevrə razılaşmasının birinci mərhələsinin icraya yönəlməsi ilə yeni bir atmosfer yaranacaq. Bundan da istifadə etməklə sanksiyalar vasitəsilə İran iqtisadiyyatının inkişafı yolunda yaradılan məhdudiyyətlər artıq aradan qaldırılmış olacaq. İranın nüvə danışıqlarındakı “qırmızı xətlər”i ölkənin milli maraqları və təhlükəsizliyidir. İndiyədək onlara tamamilə riayət edilib və bundan sonra da belə olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR