Avropa Birliyi: Ukrayna ilə assosiasiya sazişi imzalamaq barədə təklif hələ masadadır

Avropa Birliyi: Ukrayna ilə assosiasiya sazişi imzalamaq barədə təklif hələ masadadır
# 25 noyabr 2013 13:19 (UTC +04:00)

APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi məlumata görə, bu barədə Avropa Birliyi Şurasının prezidenti Herman van Rompey və Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozo tərəfindən verilən birgə bəyanatda bildirilir.

Ukrayna hökumətinin avrointeqrasiyanı müvəqqəti dayandırmaq barədə qərarına toxunan AB rəhbərləri bəyan ediblər ki, AB-nin bu barədə mövqeyi dəqiqdir: “Assosiasiya və dərinləşdirilmiş hərtərəfli azad ticarət zonası haqqında saziş imzalanmasına dair bənzərsiz təklifimiz hələ masadadır. Bu, Ukrayna rəhbərliyinin siyasi iradə göstərməsini, qəti addımlar atmasını və 2012-ci ilin dekabrında ifadə olunan şərtlərdə irəliləyiş əldə olunmasını tələb edir. Ukrayna artıq önəmli tərəqqiyə nail olub. Biz əminik ki, AB-nin indiyə qədər təklif etdiyi ən iddialı sənəd olan assosiasiya və azad ticarət sazişinin imzalanması ilə Ukrayna öz iqtisadi durumuna və islahatlar kursuna ən yaxşı dəstək almış olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR