Şamaxıda ev yanıb

Şamaxıda ev yanıb
# 21 aprel 2014 16:10 (UTC +04:00)

Şamaxı. Elvin Yaqubov-APA. Şamaxı rayonunda 3 otaqlı ev yanıb.

FHN-nin Dövlət Yanğından Mühafizə Hissəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə bu gün saat 17:30 radələrində rayonun Çuxuryurd kəndində baş verib.

Çuxuryurd kənd sakini, 1943-cü il təvəllüdlü Mirzəliyeva Raya Salman qızına məxsus ümumi sahəsi 60 kv.m olan 3 otaqlı evdə baş verən yanğının söndürülməsi üçün əraziyə iki yanğınsöndürən maşın və canlı qüvvə cəlb edilib.

Hadisə nəticəsində evin 26 kv.m hissəsi içindəki əşyalarla birgə yanaraq yararsız hala düşüb. Yanğına elektrik naqilində qısa qapanmanın səbəb olduğu bildirilir.

Hadisə zamanı xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR