Baş Prokurorluq külli miqdarda mənimsəmə faktı ilə bağlı məlumat yayıb

 Baş Prokurorluq külli miqdarda mənimsəmə faktı ilə bağlı məlumat yayıb
# 25 iyun 2014 11:25 (UTC +04:00)

Qurumun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dövlət büdcəsindən ayrılmış vəsaitlərdən təyinatı üzrə istifadə edilməməsi barədə Kənd Təsərrüfatı Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb. Araşdırmalar zamanı İmişli rayonunun Aranlı və Qaragüvəndikli inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin və yerli bələdiyyələrin vəzifəli şəxslərinin səlahiyyətlərindən sui-istifadə edərək rəsmi sənədlərə kənd sakinlərinin guya buğda əkmələri barədə bilə-bilə yalan məlumatlar daxil etməklə dövlət büdcəsindən ayrılmış yardımın 447 min manatını mənimsəmə və israf etmələrində şübhələr üçün əsaslar olduğundan faktla bağlı Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə), 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanılıb.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR