Bakı. Real Cəfərli – APA. ““Altılıq” ölkələri İranın nüvə silahına yiyələnməsinin qarşısını almaq istəyir”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu ABŞ-ın vitse-prezidenti Co Bayden senatorlarla görüşündə deyib. O bildirib ki, İranla imzalanacaq müvəqqəti razılaşma bu ölkənin nüvə proqramının inkişafını geriyə atacaq: “Razılaşmanın məqsədi İranın nüvə gücünün araşdırılmasına imkan yaratmaqdır”.
C. Bayden əlavə edib ki, İrana qarşı tətbiq edilmiş sanksiyalar məhdud çərçivədə aradan qaldırılacaq: “Bu, ilk addımda İranın etimadını qazanmaq üçün həyata keçiriləcək”.