Azərbaycan dizel və təyyarə yanacağının ixracını azaldıb

Azərbaycan dizel və təyyarə yanacağının ixracını azaldıb
# 02 noyabr 2013 08:12 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin oktyabr ayında 55 006 ton dizel yanacağı, 12 215 ton təyyarə yanacağı ixrac edib.


ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə ixrac edilən dizel yanacağının həcmi 15,5%, təyyarə yanacağının ixracı isə 61,2% azalıb.


Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində 14 034 ton avtomobil benzini satılıb. Bu ilin 10 ayında 744 280 ton dizel yanacağı ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisədə 2,2% azdır. Bu müddət ərzində 108 641 ton təyyarə yanacağı ixrac edilib ki, bu da ötən ilin 10 ayı ilə müqayisə etdikdə 7,4% azdır.


Bu ilin oktyabr ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 943,41 dollar, təyyarə yanacağının - 975,41 dollar, dizel yanacağının - 927,12 dollar, 1%-li kükürdlü mazutun - 601,22 dollar təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR