Rusiyalı mütəxəssislər fevralın sonlarında yeni AES-in inşası məqsədilə İrana səfər edəcək

Rusiyalı mütəxəssislər fevralın sonlarında yeni AES-in inşası məqsədilə İrana səfər edəcək
# 17 fevral 2014 08:40 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranla Rusiya arasında Buşəhr vilayətində ikinci atom-elektrik stansiyasının inşası üçün müzakirələr iki ay müddətində başa çatacaq.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, bunu İran Atom Enerjisi Təşkilatının sözçüsü Behruz Kəmalvəndi bildirib.

Onun sözlərinə görə, Rusiyadan bir nümayəndə heyəti bu məqsədlə fevral ayın sonlarında İrana səfər edəcək: “Bu stansiya 1000 MVt elektrik enerjisi istehsal etmək gücünə malik olacaq”.

B.Kəmalvəndi həmçinin Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) İranla bağlı ittihamlarına da toxunub: “Bu ittihamlar İranın inkişafını kölgələmək məqsədi daşıyır. Çünki rəsmi Tehran nüvə sahəsində lazımi potensiala sahib olub. Həmin ittihamlara sərt reaksiya vermək onların məqsədlərinə yardımçı olacaq. Bu mövzuda səbirlə hərəkət edərək sui-qəsdləri zərərsizləşdirmək lazımdır”.

Sözçü ötən il noyabrın 11-də İranla AEBA arasında imzalanmış 6 maddəlik razılaşmadan da danışıb: “Bu razılaşma çərçivəsində agentliyin müfəttişləri Ərak ağır su nüvə reaktoruna baxış keçirdilər. Onlar həmin obyektdə elmi işlər həyata keçirildiyini görərək narahatlıqları aradan qaldırıldı”.

Bu arada İran İsfahandakı nüvə obyektində üç yeni nüvə layihəsi həyata keçirdiyini açıqlayıb. İran Atom Enerjisi Təşkilatı rəhbərinin müavini Əsgər Zarian bildirib ki, bunlardan biri AEBA-nın tövsiyə etdiyi nüvə təcili xidmət mərkəzi, digəri isə nüvə fəaliyyətləri zamanı xəbərdarlıq sistemləridir: “Nüvə fəaliyyətləri zamanı xəbərdarlıq sistemləri nüvə yanacağının istehsalı ərəfəsində hər hansı bir sızıntı vəziyyətində xəbərdarlıq sisteminin dövrəyə girməsidir. Bu da fövqəladə vəziyyətin dərhal təqibə alınmasına, mütəxəssislərin sızıntının müəyyənləşdirildiyi nöqtəyə gedərək lazımi müdaxiləni göstərməsinə yardımçı olur”.

Onun sözlərinə görə, uranın 3,5% və 5% həddində zənginləşdirilməsi fəaliyyətləri sürətlə davam etdirilir və bu müddətdə heç bir azalma müşahidə olunmayıb. reallaşmadığını qeyd edib.

Ə.Zarian həmçinin xərçəng xəstələrinin müalicəsi üçün “Oksid 18” adı verilmiş maddənin də istehsal edildiyini vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR