Parlamentlərarası dostluq qrupunun rəhbəri: “Tailand Dağlıq Qarabağ məsələsi ilə bağlı yalnız Azərbaycanın mövqeyini dəstəkləyir”

Parlamentlərarası dostluq qrupunun rəhbəri: “Tailand Dağlıq Qarabağ məsələsi ilə bağlı yalnız Azərbaycanın mövqeyini dəstəkləyir”
# 04 dekabr 2013 15:46 (UTC +04:00)

MM-dən APA-ya verilən məlumata görə, V.Ələsgərov görüşdə Azərbaycanın inkişafı barədə məlumat verib.

Azərbaycan-Tailand münasibətlərindən danışan vitse-spiker iki ölkə arasında siyasi-iqtisadi əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyini söyləyib. Bildirib ki, ötən il ölkələr arasında ticarət dövriyyəsi 1 milyard 500 milyon dollara yaxın olub. MM sədrinin müavini iki ölkə arasında bütün sahələrdə mövcud əlaqələri daha da inkişaf etdirmək üçün böyük potensialın olduğunu qeyd edib. Dağlıq Qarabağ münaqişəsinə toxunun Valeh Ələsgərov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində ərazilərimizin 20 faizinin işğal edildiyini, bir milyondan çox azərbaycanlının öz torpaqlarından didərgin düşdüyünü qonaqların nəzərinə çatdırıb.

Tailand Krallığı Parlamentinin Tailand-Azərbaycan Parlamentlərarası dostluq qrupunun rəhbəri, deputat Virun Pünsən də Azərbaycanla hərtərəfli əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb. O qeyd edib ki, Tailand Azərbaycan neft və qazının əhəmiyyətli istehlakçılarındandır. Tailandın neft və qaz kimi təbii sərvətləri olmasa da, ərzaq və kənd təsərrüfatı məhsulları, həmçinin dərman preparatları sahəsində əməkdaşlığa hazırdır.

V.Pünsən əlavə edib ki, Tailand Dağlıq Qarabağ münaqişəsi məsələsində yalnız Azərbaycanın mövqeyini dəstəkləyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR