ABŞ-da gecə klubunda açılan atəş nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb

ABŞ-da gecə klubunda açılan atəş nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb
# 27 oktyabr 2013 00:35 (UTC +04:00)

Bakı-APA. ABŞ-ın Konnektikut ştatının Nyu Xeyven şəhərindəki gecə klubun naməlum şəxs tərəfindən açılan atəş nəticəsində 1 nəfər ölüb, 5 nəfər yaralanıb.

APA-nın “İTAR TASS”a istinadən verdiyi xəbərə görə, atəş səsləri yerli vaxtla 03.30 radələrində eşidilib. Bu zaman binada 100-dən çox insan olub.

Atəş səslərini eşidən insanlar vahimə içində binanı tərk edib.

İnsident nəticəsində 26 yaşlı qadın həlak olub, daha 5 nəfər isə yaralanıb, onlardan birinin vəziyyəti kritikdir. Polis hələlik atəş açanın şəxsiyyətini müəyyən edə bilməyib. Hadisənin narkotik alveri ilə baş verməsi istisna olunmur: hadisə yerində qadağan olunmuş preparatlar aşkarlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR