Nizami və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər yaranıb

Nizami və Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər yaranıb
# 11 sentyabr 2013 10:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Bakının Nizami, həmçinin Abşeron rayonlarının təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Azərbaycan Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyindən “APA-Economics”ə verilən məlumata görə, təmir işləri ilə əlaqədar bu gün saat 14:00-dək “Nərimanov”(30-cu sahə), saat 14:00-dan saat 17:00-dək “Xırdalan” ölçü qovşaqlarında qaz təchizatı dayandırılacaq.

Təmir işləri aparılan müddətdə Nizami rayonunun Keşlə qəsəbəsinin Şanxay adlanan hissəsi və F.Fərzəliyev küçəsi, eləcə də Abşeron rayonunun Kənd Xırdalan və Mexkalon yaşayış massivinə təbii qazın verilməsində fasilələr yaranacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR