Neft yenidən bahalaşıb

Neft yenidən bahalaşıb
# 04 sentyabr 2013 06:43 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Sentyabrın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 0,89 dollar və ya 0,8% artaraq 1 barelə görə 108,54 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, sentyabrın 3-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,35 dollar və ya 1,1% artaraq 115,68 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR