İranda həbs olunan musiqiçi 43 gündür aclıq aksiyası keçirir

İranda həbs olunan musiqiçi 43 gündür aclıq aksiyası keçirir
# 09 dekabr 2013 07:21 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. İranın paytaxtı Tehran şəhərinin Evin həbsxanasında saxlanılan musiqiçi İsmayıl Bərzigəri 43 gündür aclıq aksiyası keçirir.

APA-nın məlumatına görə, həbsxana nəzarətçiləri son on gündə aclıq aksiyasını dayandırması üçün onu ikinci dəfə təkadamlıq kameraya köçürüblər. Belə ki, musiqiçini dekabrın 7-də Evin həbsxanasının 240-cı bəndinə salıblar. Siyasi məhbusun fiziki və ruhi vəziyyətinin yaxşı olmadığı bildirilir.

Qeyd edək ki, Təbriz və Bakıda musiqi fəaliyyəti ilə məşğul olmuş müğənni, muğam ifaçısı İ. Bərzigəri 2011-ci ilin iyununda klarnet ifaçısı Rəsul Heydərzadə ilə birlikdə həbs olunub. Tehran məhkəməsi onu casusluqda günahlandıraraq 7 illik həbsə məhkum edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR