Bu yaxınlarda Bakı bulvarında pulsuz idman meydançası açılacaq

Bu yaxınlarda Bakı bulvarında pulsuz idman meydançası açılacaq
# 25 noyabr 2013 12:07 (UTC +04:00)

Bu barədə «APA-Economics»ə Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov məlumat verib.

Onun sözlərinə görə, artıq Milli Olimpiya Komitəsi bu meydança üçün nəzərdə tutulan əraziyə baxış keçirib və layihə tam hazırdır: «Bu həftənin sonu və ya ən geci gələn həftə artıq bulvarda idman alətlərinin quraşdırılmasına başlanılacaq».

Qeyd edək ki, bulvarın yeni hissəsində əhali üçün idman alətlərindən ibarət meydança quraşdırılması nəzərdə tutulub. Meydançanın eni və uzunluğu təxminən 100 metr olacaq. Burada çoxlu sayda müxtəlif idman qurğuları yerləşdiriləcək və əhali sərbəst şəkildə bu idman alətlərindən pulsuz istifadə edə biləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR