İnformasiya Texnologiyaları Universitetinin tələbləri «Azərkosmos»da olublar

İnformasiya Texnologiyaları Universitetinin tələbləri «Azərkosmos»da olublar
# 16 noyabr 2013 12:11 (UTC +04:00)

Bakı. Aynur Əliyeva – APA-Economics. Bu gün İnformasiya Texnologiyaları Universitetinin (İTU) tələbələri üçün «Azərkosmos» ASC-yə ekskursiya təşkil olunub.


«APA-Economics»in xəbər verdiyi kimi, ekskursiya zamanı tələbələri əsas yerüstü peyk idarəetmə mərkəzində Azərbaycanın ilk telekommunikasiya peyki «Azerspace-1»in orbitə çıxarılması, idarə olunması və istismar işlərinin həyata keçirilməsi, peyk rabitəsi əsasında yayım və genişzolaqlı internet xidmətlərinin göstərilməsi və hökumət müştərilərinin etibarlı rabitə platformaları ilə təmin edilməsi istiqamətində aparılan işlər haqqında ümumi məlumat verilib.


Bildirilib ki, «Azerspace-1»ə nəzarəti həyata keçirmək üçün bütün imkanlar mövcuddur. Tələbələr həmçinin ekskursiya zamanı ehtiyat yerüstü peyk idarəetmə mərkəzində də olublar. Burada tələbələrə peykin idarə olunması üçün müxtəlif təyinatlı antenalar, onların funksiya və fəaliyyəti barədə informasiya verilib.


«Azərkosmos» ASC-nin ictimaiyyətlə əlaqələr üzrə meneceri Kamran Əliyev jurnalistlərə bildirib ki, tələblər üçün «Azərkosmos»a ekskursiyanın təşkil edilməsinin əsas məqsədi onları qurumun fəaliyyəti ilə tanış etmək olub: «Biz tələbələrə peyk əməliyyatları, peykin idarə olunmasında yeni texnologiyalar, Azərbaycanın milli peyki haqda məlumat verdik. «Azərkosmos» mütəmadi olaraq təhsil ocaqları üçün bu cür ekskursiyalar təşkil edir. Hesab edirik ki, bu cür fəaliyyət gələcəkdə potensial kadrların yetişməsi üçün də olduqca önəmlidir».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR