Azərbaycan prezidentinə təbrik məktubları gəlir

Azərbaycan prezidentinə təbrik məktubları gəlir
# 18 oktyabr 2013 14:59 (UTC +04:00)

Bakı – APA. Uruqvay Parlamenti Nümayəndələr Palatasının sədri Herman Kardoso Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

APA-nın məlumatına görə, yenidən Azərbaycan prezidenti seçilməsi və seçkilərdə qələbə qazanması münasibətilə dövlət başçısına təbriklərini çatdırıb.

Çili-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Enrike Akkorsi Opazo, Dünya İqtisadi Forumunun təsisçisi və icraçı sədri Klaus Şvab, Koreya Respublikasının Yeni Hüdud Partiyasının sədri Hvanq Vu Ye, Fransa-Azərbaycan Ticarət Palatasının sədri Jan Perrən, Daha Yaxşı Macarıstan uğrunda hərəkatının sədri Qabor Vona, Macarıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Marton Döndöşi, Rusiya Müftilər Şurasının və Rusiyanın Avropa hissəsi Müsəlmanlarının Dini İdarəsinin sədri Müfti şeyx Ravil Qaynutdin, Rusiya Federasiyası Teatr Xadimləri İttifaqının sədri Aleksandr Kalyagin, İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi, səfir Şamil Ələsgərov, 1997-2002-ci illərdə Bolqarıstan prezidenti olmuş Peter Stoyanov, Nyu-Meksiko ştatının qubernatoru Susana Martinez, İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırmalar Mərkəzinin baş direktoru Xalid Ərən, Kolumbiya Respublikasının senatoru Alexandra Morena Pirakive də Azərbaycan prezidentinə təbrik ünvanlayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR