Bakı şəhər sakini sirkə turşusundan zəhərlənib

Bakı şəhər sakini sirkə turşusundan zəhərlənib
# 31 avqust 2013 09:58 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncədə elektrik işləyən Bakı şəhər sakini sirkə turşusu içib. Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasından APA-nın qərb bürosuna verilən məlumata görə, Bakı şəhər sakini, 1969-cu il təvəllüdlü Qorxmaz Əsədov ağır zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Tibbi yardım nəticəsində 44 yaşlı kişinin həyatını xilas etmək mümkün olub. Q. Əsədov polis əməkdaşlarına bildirib ki, səhər yuxulu vəziyyətdə spirtli içki içmək istəyib və mətbəxdə araq şüşəsini sirkə turşusu şüşəsi ilə səhv salaraq içib.

Faktla bağlı Gəncə şəhər Nizami rayon Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR