YAP Gənclər Birliyinin sədri Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Təşkilatının sədrinə təbrik məktubu göndərib

YAP Gənclər Birliyinin sədri Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Təşkilatının sədrinə təbrik məktubu göndərib
# 04 aprel 2014 07:43 (UTC +04:00)

Bakı - APA. Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin sədri Seymur Orucov Türkiyənin Ədalət və İnkişaf Partiyasının Gənclər Təşkilatının sədri Zəfər Çubukcuya məktub göndərib.

YAP-dan APA-ya verilən xəbərə görə, S.Orucov Z.Çubukçunu 30-da Türkiyədə keçirilən bələdiyyə seçkilərində Ədalət və İnkişaf Partiyasının qələbə qazanması münasibətilə təbrik edib.

“Uca Allahdan dövlətinizə bugünkü beynəlxalq aləmdə, sivilizasiyaların qarşılıqlı münasibətində tutduğunuz mövqedə böyük uğurlar arzulayıram. Əminik ki, bundan sonra da güclü Türkiyə Cümhuriyyəti Azərbaycanın ən etibarlı tərəfdaşı, bütün problemlərə və təhlükələrə qarşı ən yaxın silahdaşı olaraq, Azərbaycanın haqq işi olan Dağlıq Qarabağ münaqişəsinin həllində sonadək prinsipiallıq nümayiş etdirəcək” - deyə məktubda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR