Bakıda özünü 16 mərtəbəli binanın damından atmaq istəyən şəxs xilas edilib

Bakıda özünü 16 mərtəbəli binanın damından atmaq istəyən şəxs xilas edilib
# 23 iyun 2014 07:21 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakıda intihar etmək istəyən şəxs xilas edilib.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xətai rayonunda 1 nəfər intihar məqsədilə tikilməkdə olan on altı mərtəbəli binanın damına çıxıb.

FHN-in müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Xilasedicilər tərəfindən vətəndaşla aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb. İntihara cəhd edən şəxs aidiyyəti üzrə təhvil verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR