Atatürk Hava Limanındakı partlayışla bağlı 13 nəfər saxlanılıb

Atatürk Hava Limanındakı partlayışla bağlı 13 nəfər saxlanılıb
# 30 iyun 2016 11:24 (UTC +04:00)

Bakı-APA. İstanbulun Atatürk Hava Limanında törədilən terror aktları ilə bağlı 13 nəfər saxlanılıb.

APA-nın Anadolu Agentliyinə istinadən verdiyi xəbərə görə, hüquq-mühafizə orqanları İstanbulda 16 ünvanda eyni anda əməliyyat keçirib. Tutulan 13 nəfərdən 3-nün əcnəbi olduğu bildirilir.

Qeyd edək ki, iyunun 28-də aeroportda 3 terrorçu-kamikadzenin özünü partlatması nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR