“Yuventus” klubunun baş məşqçisi Antonio Konte istefa verib

“Yuventus” klubunun baş məşqçisi Antonio Konte istefa verib
# 15 iyul 2014 22:12 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, 44 yaşlı mütəxəssis komandanı 3 dəfə çempion edib.

Kontenin istefası “Yuventus”un rəsmi saytında təsdiq edilib. Bildirildiyinə görə, baş məşqçi klub rəhbərliyi ilə görüşəndən sonra onun müqaviləsi qarşılıqlı razılaşma yolu ilə pozulub. Xəbərdə qeyd edilir ki, 44 yaşlı mütəxəssislə rəhbərlik arasında transfer məsələlərində fikir ayrılığı yaranıb. İtaliya mətbuatı “Yuventus”un baş məşqçisi postuna Roberto Mançininin və ya Massimiliano Alleqrinin namizəd olduqlarını yazır.

Qeyd edək ki, Konte İtaliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən sayılır. Xatırladaq ki, millinin baş məşqçisi Çezare Prandelli dünya çempionatındakı uğursuzluqdan sonra yağmadan istefa verərək, “Qalatasaray”la müqavilə bağlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR