Sabah hava yağışlı olacaq - VİDEO

Sabah hava yağışlı olacaq - <span style="color: red;">VİDEO
# 18 noyabr 2015 09:31 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Noyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, səhər bəzi yerlərdə çiskinli olacağı, arabir tutulacağı, günün ikinci yarısında isə yağış yağacağı gözlənilir. Gündüz cənub-qərb küləyi əsəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 12-15, Bakıda gecə 7-9, gündüz 12-14 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu, nisbi rütubət 75-85 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı, şərq rayonlarında yağış yağacağı gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 12-16 dərəcə isti, dağlarda gecə 4 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR