Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb

Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb
# 29 aprel 2013 11:42 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Azərbaycanda iki nəfər bədbəxt hadisə nəticəsində ölüb.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 27-də Goranboy rayonunun Ağcakənd kəndi ərazisindəki qayadan qopub düşən daş parçası kənd sakini Səxavəddin Qafarovun baş nahiyəsinə dəyib. Xəsarət almış S.Qafarov xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Aprelin 25-də Şirvan su kanalının Salyan rayonu ərazisindən keçən hissəsində Sumqayıt şəhər sakini Sevindik Əliyev balıq tutarkən başı dəmir parçasına dəyib. Xəsarətlə xəstəxanaya yerləşdirilən S.Əliyev aprelin 27-də orada ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR