İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 20 avqust - VİDEO

İlkin Nəcəfzadə ilə "Ana xəbər" bloku – 20 avqust - <span style="color: red;">VİDEO
# 20 avqust 2014 17:07 (UTC +04:00)

Bakı-APA. İŞİD-in hədəfi inanılmaz dərəcədə böyük görünsə də, bir paradoks var. Min illər tarixi olan iki dövləti birləşdirərək xilafət qurmaq kimi bir hədəf açıqlayan terror təşkilatı nədənsə gündəmdə törətdiyi vəhşiliklərlə gəlməyə çalışır. Səbəb qorxu yaratmaqdır, bu, terror təşkilatlarının istifadə etdiyi ənənəvi üsuldur. Lakin İŞİD-in bu qədər qorxunc görüntülərlə, orta əsrlərə xas olan cəza üsulları ilə gündəmə gəlməsi başqa bir gerçəklikdən də xəbər verir. Gerçəklik budur - İŞİD özünü təqdim etməyə çalışdığı qədər güclü deyil. Yayılan görüntülər bu gerçəyi ört-basdır etmək məqsədi daşıyır. Eyni zamanda bu iyrənc edam üsulları beynəlxalq ictimaiyyətdən çox, Şərq təfəkkürünə təsirə hesablanıb. İŞİD terror yolu ilə hədəf seçdiyi ölkələrdə kütləvi psixoz yaratmaq istəyir. Kütləvi psixoz əsrimizin ən dəhşətli silahlarından da güclüdür. Bu silah hesabına güllə atmadan belə böyük –böyük cəmiyyətləri diz çökdürmək mümkündür. Türmənelinin İŞİD qarşısında müqavimətsiz boşalması bunun nəticəsidir. Bu səbəbdən İŞİD-ə qarşı silahla deyil, kütləvi psixozun təsirini zəiflətməklə mübarizə aparmaq lazımdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR