Gəncədə çətənə kolları məhv edilib

Gəncədə çətənə kolları məhv edilib
# 09 avqust 2014 14:53 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları şəhərin Hacıkənd qəsəbəsində “Xaşxaş 2014” şərti adı altında əməliyyat-axtarış tədbirləri keçiriblər. İdarədən APA-nın qərb bürosuna verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində Hacıkənd yolunun sağ tərəfində, 1,5 hektar boş sahədə ümumi çəkisi 1237 kiloqram yabanı halda bitən 1676 ədəd çətənə kolu aşkar edilərək yığılıb və yandırılma yolu ilə məhv edilib. Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR