Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki Marabda-Tetriskaro hissəsi istismara hazırdır - FOTOSESSİYA

Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki Marabda-Tetriskaro hissəsi istismara hazırdır - <span style="color: red;">FOTOSESSİYA
# 25 sentyabr 2014 11:04 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin Gürcüstan hissəsindəki tikinti işləri davam etdirilir.

APA-Economics”in “Azəryolservis” ACS-yə istinadən verdiyi məlumatına görə, tikintinin intensiv aparıldığı ümumi uzunluğu 184 km olan Marabda-Kartsaxi-Türkiyə sərhədi ərazisində həyata keçirilən işlər 4 etapda həyata keçirilir.

Birinci etap - uzunluğu 29,2 km olan Marabda-Tetritskaro hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi, ikinci etap - uzunluğu 49,7 km olan Tetritskaro-Tsalka hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi, üçüncü etap - uzunluğu 74,1 km olan Tsalka-Axalkalaki hissəsinin reabilitasiya, rekonstruksiya və tikintisi və dördüncü etap - uzunluğu 26,3 km olan Axalkalaki-Kartsaxi-Türkiyə sərhədi hissəsinin, uzunluğu 4,5 km olan Axalkalaki stansiyasının və uzunluğu 156 m olan Qırxbulaq körpüsünün tikintisidir.

İlk üç etap “Azəryolservis” ASC ilə Gürcüstan hökumətinin müvafiq qurumu - “Marabda Kartsaxi Dəmiryolu” MMC arasında imzalanmış podrat müqaviləsinə əsasən “Azəryolservis” ASC tərəfindən icra olunur. 2011-ci ildə “Azəryolservis” ASC-in Gürcüstan filialı təsis olunduqdan sonra tikinti işlərinin sürətli aparılması üçün zəruri olan struktur bölmələri yaradılıb. Hazırda Gürcüstanda “Azəryolservis” ASC-nin mərkəzi aparatında 29 nəfər işçi çalışır.

Artıq birinci etap üzrə tikinti işləri yekunlaşan Marabda-Tetriskaro hissəsi istismara hazırdır. Belə ki, torpaq yatağı və süni qurğular üzrə əsas işlər yekunlaşmış, yol geyimi hazırlanıb, bina və qurğularda son tamamlanma işləri başa çatdırılıb. İkinci etapda (Tetritskaro-Tsalka) torpaq yatağı və yolun üst quruluşu elementləri üzrə işlər tamamlanıb, əsas yol bütövlüklə yenidən qurulub. Hazırda rabitə, işarəvermə, elektrik təchizatı, elektrik əlaqə şəbəkəsi, binaların bərpası və abadlaşdırma işləri davam etdirilir.

Üçüncü etapda (Tsalka-Axalkalaki) torpaq işləri, 155 ədəd süni qurğuların və körpülərin, bina və digər tikililərin tikintisi, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Hazırda qırmadaşın səpilməsi işinə başlanılıb. Son 5 ay ərzində 70 km-dən çox dəmir yolu döşənib ki, bu da Gürcüstan üçün rekord nəticədir. Dördüncü etapda (Axalkalaki-Kartsaxi) yol yatağının, körpülərin, suötürücülərin, dəmir yolunun döşənməsi işləri başa çatdırılıb. Kartsaxi stansiyasında əsas və stansiya daxili yollar və Qırxbulaq çayı üzərindəki dəmir yolu körpüsü üzrə tikinti işləri tam bitib.

Gürcüstan və Türkiyə arasında sərhəddə tikilən tunelin ümumi uzunluğu 4450 metrdir ki, bunun da Türkiyə tərəfindən başlayaraq 2560 metr hissəsində işlər başa çatıb. Gürcüstan ərazisində olan 2070 metr tunelin 240 metri tunelin girişinə aiddir. Qalan 1830 metr tunelin 960 metri qazılıb, geri qalan 870 metrin qazıntısı sürətlə davan etdirilir.

Axalkalaki stansiyasında partlayış yolu ilə davam etdirilən torpaq işləri sona çatmaq üzrədir. Eyni zamanda, paralel olaraq stansiya ərazisində olan süni qurğuların da tikintisi davam etdirilir. Axalkalaki stansiyasında vağzal binasının tikintisi işləri yekunlaşıb. Hazırda binanın daxilində təmir və quraşdırma işləri aparılır. Bu işlərin bu ilin sonuna qədər yekunlaşması nəzərdə tutulub.

Artıq Marabda stansiyasından Kartsaxi stansiyasına qədər baş dəmir yollarının quraşdırılması başa çatdırılıb. Layihənin icrasında Türkiyə, Gürcüstan, Azərbaycan və digər dövlətlərin şirkətləri iştirak edir. Layihə çərçivəsində ümumiyyətlə 2000 nəfərdən çox işçi və 500-dən çox maşın-mexanizm cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR