“İŞİD” girovluğunda olmuş Türkiyənin Mosuldakı keçmiş baş konsulu CHP-dən millət vəkilliyinə namizəd göstəriləcək

“İŞİD” girovluğunda olmuş Türkiyənin Mosuldakı keçmiş baş konsulu CHP-dən millət vəkilliyinə namizəd göstəriləcək
# 02 sentyabr 2015 09:01 (UTC +04:00)

Bakı – APA. Türkiyənin Tacikistandakı səfiri, İraqın Mosul şəhərindəki keçmiş baş konsul, 101 gün “İŞİD” girovluğunda qalmış Öztürk Yılmaz səfir vəzifəsindən istefa verib.

APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, Ö. Yılmaz noyabrın 1-də keçiriləcək seçkilərdə parlament seçkilərində Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olmaq qərarına gəlib.

CHP lideri Kamal Kılıçdaroğlu ilə görüşən diplomatın Ərdahan vilayətindən millət vəkilliyinə namizəd olacağı bildirilir. 7 iyun seçkilərində CHP namizədləri bu vilayətdə qalib gələ bilməyiblər.

Xatırladaq ki, 2014-cü ilin iyun ayında “İŞİD” tərəfindən Türkiyənin Mosul Baş Konsulluğuna hücum edilib və baş konsul Öztürk Yılmaz da daxil olmaqla, 49 nəfər girov götürülüb. Onlar 101 gün girovluqda qaldıqdan sonra azad ediliblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR