Bank Of Baku

Prokuror Avropa çempiona 10 il həbs tələb edib

Prokuror Avropa çempiona 10 il həbs tələb edib
# 29 iyun 2018 09:18 (UTC +04:00)

Soyğunçuluqda təqsirləndirilən Azərbaycanın sərbəst güləş üzrə Avropa çempionu Anar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.

  
APA-nın məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində  hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edərək Anar İsmayılovun 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.


Proses iyulun 10-da davam edəcək
 
Qeyd edək ki, idmançı Cinayət Məcəlləsinin 180.1 (Soyğunçuluq) maddəsi ilə ittiham edilir. Barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. O, 30 manat pulu soyğunçuluq yolu ələ keçirməkdə ittiham olunub.
 
Xatırladaq ki, A. İsmayılov 2003-cü ildə Makedoniyada yeniyetmələr arasında sərbəst güləş üzrə keçirilən Avropa çempionatında 54 kq çəki dərəcəsində qızıl medal qazanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR