Bank Of Baku

Sabirabadda traktorun aşması nəticəsində ölən 6 nəfərin adı məlum olub - YENİLƏNİB-3

Sabirabadda traktorun aşması nəticəsində ölən 6 nəfərin adı məlum olub - <span style="color: red;">YENİLƏNİB-3
# 07 may 2018 09:09 (UTC +04:00)

Sabirabadda traktorun qoşqusunun aşması nəticəsində ölənlərin adları məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlər - 1979-cu il təvəllüdlü Bağırova Elnarə İbrahiməjdər qızı, onun qızları, 2000-ci il təvəllüdlü Bağırova Fatimə Teymur qızı, 1998-ci il təvəllüdlü Bağırova Zəhra Teymur qızı, onların qohumları, 1966-cı il təvəllüdlü İmanova Məlahət Mehbalı qızı, 1989-cu il təvəllüdlü Qasımova Xəyalə Əbülhəsən qızı, 1992-ci il təvəllüdlü Qasımova Günay Tofiq qızıdır. 

 

***

 

10.55

 

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfər ölüb.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. Onlar ana, iki qızı və yaxın qohumlardır.  

 

***

 

10:20

 

Sabirabadda traktorun qoşqusunun su kollektoruna aşması nəticəsində 6 nəfərin boğularaq öldüyü bildirilir.

 

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, ölənlərin hamısı qadındır. İlkin məlumatda onlardan 3-nün bir ailənin üzvü olduğu deyilir.

 

Traktoru idarə edən Şəhriyar qəsəbə sakini Əjdər İmanov ailə üzvlərini və yaxın qohumlarını tarlaya işləməyə aparırmış.

  

Hadisə nəticəsində daha bir neçə nəfər xəsarət alıb.

 

***

 

09.51

 

Sabirabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, Şəhriyar kəndində traktorun qoşqusunun aşması nəticəsində 6 nəfərin öldüyü bildirilir. Daha bir neçə nəfər xəsarət alıb.

 

İlkin ehtimala görə, ölənlərin hamısı pambıq tarlasına işləməyə gedən qadınlardır.

 

***

 

09.34

 

Sabirabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

 

APA-nın Mil-Muğan bürosunun xəbərə görə, ilkin məlumata əsasən, Şəhriyar kəndində baş verən qəzada 6 nəfər ölüb.

 

Məlumat yenilənəcək.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR