İdman dırmanması üzrə açıq ölkə çempionatı başa çatıb - FOTOSESSİYA

İdman dırmanması üzrə açıq ölkə çempionatı başa çatıb - <span style="color: red;">FOTOSESSİYA
# 01 iyun 2015 08:04 (UTC +04:00)

Bakı - APA. Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyası (FAİREX) və "Qərb Universiteti" İdman Klubunun təşkilatçılığı ilə 31 may 2015-ci il tarixində "Qərb Universiteti" İdman Klubunun İdman Bazasında keçirilən idman dırmanmasının sürət növü üzrə açıq ölkə çempionatı başa çatıb.

FAİREX-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, çempionatı ən yüksək sürətlə başa vuran idmançılar qalib adına layiq görülüblər.

Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomu, Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının kubok və medalları təqdim olunub.

Çempionatda komandalar arası yarışda ümumi nəticələrə görə “Ekosport” klubu I, “FHN” klubu II, “Rock Stone” klubu isə III yerə çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR