Bank Of Baku

Kușner: ABŞ Rusiya ilə Ukrayna arasında fikir ayrılıqlarının aradan qaldırılması yollarını müəyyən edib

Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner

© APA | Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner

# 10 noyabr 2026 13:17 (UTC +04:00)

ABŞ Rusiya və Ukrayna arasında mövcud fikir ayrılıqlarının azaldılması və danışıqlarda irəliləyiş əldə olunması üçün mümkün yollar müəyyən edib.

APA xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın xüsusi nümayəndəsi Cared Kuşner Əbu-Dabidə bildirib.

“Düşünürəm ki, biz həqiqətən də irəliləyiş əldə etməyin mümkün olduğu məsələlər üzrə fikir ayrılıqlarını müəyyənləşdirib azaltmağa nail olmuşuq. Onları aradan qaldırmaq üçün yaxşı ideyalarımız var”, – Kuşner qeyd edib.

Onun sözlərinə görə, Vaşinqton tərəflər arasında mövcud fikir ayrılıqlarının aradan qaldırılması istiqamətində işləyir.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR