Azərbaycan ərazisində və daxili sularında gəmilərin saxlanılması qaydalarında dəyişiklik edib

Azərbaycan ərazisində və daxili sularında gəmilərin saxlanılması qaydalarında dəyişiklik edib
# 26 oktyabr 2014 18:46 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları”nda dəyişiklik edib.

APA-nın məlumatına görə, dəyişiklik dəniz sahilində 20 km dərinliyə qədər Kür çayında və kiçik Kirov körfəzində liman, bərə və əsaslı məntəqələrin yaradılması ilə bağlıdır.

Nazirlər Kabinetinin 1992-ci il 16 oktyabr tarixli qərarına əsasən təsdiq edilmiş “Azərbaycan Respublikası ərazi və daxili sularında özü hərəkət edən və özü hərəkət etməyən gəmilərin saxlanılması Qaydaları”a əsasən liman, bərə və əsaslı məntəqələr, marağı olan təşkilatların, müəssisə və idarələrin (kolxozlarda daxil olmaqla) təqdimatlarına görə, sərhəd qoşunları ilə razılaşdırıldıqdan sonra, yerlərdə İcra hakimiyyətləri tərəfindən yaradılırdı. Dəyişikliyə əsasən yerlərdə İcra hakimiyyətlərinin bu sahədəki səlahiyyəti ləğv edilib.

Xatırladaq ki, Azərbaycan prezidenti 2014-cü il aprelin 18-də “Dəniz limanları haqqında” qanunun tətbiqi, 2014-cü il mayın 14-də “Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnamə”yə dəyişiklik edilməsi barədə” fərmanlar verib. Qanunun qüvvəyə minməsi və Azərbaycan Respublikasının Dövlət Dəniz Administrasiyası haqqında Əsasnaməyə dəyişiklik edilməsi nəticəsində limanlar, liman məntəqələri və yükaşırma terminalları da daxil olmaqla, dəniz nəqliyyatı obyektlərinin tikintisinə icazə vermək və digər səlahiyyətlər Dövlət Dəniz Administrasiyasına verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR