Bank Of Baku

Mansur Yavaş CHP-dən istefa verib

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş

© APA | Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş

# 23 sentyabr 2026 14:32 (UTC +04:00)

Ankara Böyükşəhər Bələdiyyəsinin sədri Mansur Yavaş Cümhuriyyət Xalq Partiyasından (CHP) istefa verib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, bu barədə Mansur Yavaş sosial media hesabında bildirib.

O, bəzi açıqlamalara görə, CHP-dən istefa verdiyini qeyd edib.

Mansur Yavaş siyasi fəaliyyətinə müstəqil şəkildə davam edəcəyini vurğulayıb.

Qeyd edək ki, daha əvvəl CHP-nin keçmiş sədri Özgür Özel 90 millət vəkili ilə CHP-dən istefa verib, "Yeni Partiya" adlı partiya yaratdığını açıqlayıb.

Xatırladaq ki, CHP-nin 4-5 noyabr 2023-cü il tarixlərində keçirilmiş 38-ci qurultayının nəticələri ləğv edilib. Ankara Məhkəməsinin qərarına əsasən, partiyanın sədri Özgür Özel vəzifəsindən kənarlaşdırılıb. Eyni zamanda, CHP-nin sabiq lideri Kamal Kılıçdaroğlu qərar qətiləşənə qədər müvəqqəti olaraq sədr postuna bərpa edilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR