Bank Of Baku

Qəbələdə evdə partlayış olub, 4 nəfər xəsarət alıb

Qəbələdə evdə partlayış olub, 4 nəfər xəsarət alıb
# 24 mart 2019 09:08 (UTC +04:00)

Ötən gecə Qəbələ rayonunda ümumi sahəsi 240 m² olan birmərtəbəli 4 otaqlı evin zirzəmisində partlayış baş verib.

ONA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, partlayış dalğasının təsirindən evin döşəməsi dağılıb və arakəsmə divarlarında çatlar əmələ gəlib. Yanğın hadisəsi olmayıb.

Hadisə zamanı 4 nəfər xəsarət alıb. İlkin ehtimala görə, partlayış məişət qazının sızması nəticəsində baş verib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR