Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb

Xaçmazda ikimərtəbəli yaşayış evi yanıb
# 16 avqust 2014 06:41 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Xaçmaz rayonunda ikimərtəbəli yaşayış evi yanıb.

APA-nın şimal bürosunun məlumatına görə, Xaçmaz rayonunun Hacılar kənd sakini Əliyeva Məzahir Məmmədşah oğluna məxsus, ümumi sahəsi 260 kv.m olan ikimərtəbəli 6 otaqlı evin yanar konstruksiyaları və əşyaları 232 kv.m sahədə yanıb. Evin qalan hissəsi və bitişik talvar yanğından mühafizə olunub.

Yanğının söndürülməsi üçün əraziyə Xaçmaz Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub. Yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb.

Yanğının başvermə səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR