Ukrayna Prezidenti Volodimir Zelenski Cənubi Koreyadan üzr istəyib.
APA xəbər verir ki, bunu Cənubi Koreyanın xarici işlər naziri Ço Hyun deyib.
O, Zelenskinin müharibədə Ukrayna tərəfindən əsir götürülən Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya verildiyi ilə bağlı bəyanatı səbəbindən üzr istədiyini, lakin bunun kifayət etmədiyini bildirib.
Nazir məsələ ilə bağlı rəsmi Seulun sərt diplomatik addımlar atacağını vurğulayıb.
Onun sözlərinə görə, bura səfirin Kiyevdən geri çağırılması da daxil ola bilər.