Dövlət Departamentinin sözçüsü “soyqırım” sözünü işlətməsə də, Türkiyəni öz keçmişindəki hadisələri inkar etməməyə çağırıb

Dövlət Departamentinin sözçüsü “soyqırım” sözünü işlətməsə də, Türkiyəni öz keçmişindəki hadisələri inkar etməməyə çağırıb
# 15 aprel 2015 07:48 (UTC +04:00)

Bakı – APA. ABŞ Dövlət Departamentinin sözçüsü Mari Harf keçirdiyi brifinqdə uydurma “erməni soyqırımı” mövzusunda suallara cavab verib.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, sözçüyə Roma Papasının 1915-ci il hadisələrini soyqırım adlandırdığı xatırladılaraq Vaşinqtonun mövqeyi barədə sual ünvanlanıb. M. Harf prezident Obama və ABŞ rəhbərliyinin Osmanlı İmperiyasının son dövrlərində 1,5 milyon erməninin öldürüldüyü və ya ölümə göndərildiyini tarixi gerçək olaraq qəbul etdiyini söyləyib: “Biz gerçəklərin tam, ədalətli və səmimi şəkildə qəbul olunmasının Türkiyə, Ermənistan və Amerika daxil olmaqla, hər kəsin mənafeyinə uyğun olduğunu bildirmişik. Biz ölkələrin öz keçmişlərinin acı səhifələrini qəbul etmələri ilə irəliləyə bildiyinə və güclü olduqlarına inanırıq. Bunu etmək fərqli və daha tolerant gələcək inşa etmək üçün əsasdır”.

M. Harf jurnalistin israrlarına baxmayaraq, “soyqırım” kəlməsindən istifadə etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR