Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək

Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək
# 28 avqust 2015 15:03 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova – APA. Sentyabrın 1-də Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfərə gələcək. Bu barədə APA-ya Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.

H. Hacıyev bildirib ki, səfər zamanı Azərbaycan və Rusiya arasında münasibətlərin ikitərəfli və çoxtərəfli formatının müxtəlif aspektləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli, ATƏT-in Minsk Qrupunun həmsədri kimi Rusiyanın danışıqlar prosesində rolu barədə müzakirələr aparılması nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR